Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində aparılan “Zeytun budağı” əməliyyatı nəticəsində daha bir kənd terrorçulardan təmizlənib.
Oxu.Az xəbər verir ki, TSQ-nin “son dəqiqə” açıqlamasına görə, əməliyyatın 33-cü günündə Afrinin Uverkan kəndi PKK, PYD-YPG-li terrorçulardan geri alınıb.
Kamil HƏMZƏOĞLU
www.oxu.az