Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ağ Ev: “Bayden növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir”
ABŞ lideri Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.
Bu barədə çərşənbə günü Ağ Evin böyük müşaviri və prezidentin köməkçisi Anita Dann “Axios” informasiya portalının təşkil etdiyi konfransda bildirib.
“Biz bu məsələ ilə bağlı qabaqcadan mühakimə yürütmək fikrində deyilik. Lakin o, namizədliyini irəli sürmək niyyətini açıqlayıb. Biz bəzi planlar hazırlayırıq”, - deyə Dann bəyan edib.
Xatırladaq ki, sentyabrın 19-da CBS telekanalına müsahibəsində 79 yaşlı Bayden prezidentlik yarışında iştirak etmək niyyətində olduğunu, lakin bu məsələ ilə bağlı yekun “qəti qərar” vermək üçün hələ tez olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
Mənbə: TASS
Rəylər