Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ağ Ev Baydenə qarşı təhqiqata mane olur
Konaresin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Ağ Ev ABŞ prezidenti Co Baydenin mümkün cinayətlərinin araşdırılmasına mane olur.
Siyasətçi bu barədə “Fox News”a danışıb.
Onun sözlərinə görə, Konqresin Məhkəmə-Hüquq, Gəlir və Xərclər, Nəzarət və Hesabat komitələri araşdırma ilə bağlı xeyli iş görüb, lakin indi prezident administrasiyası onun davam etdirilməsinə mane olur.
“İndi Ağ Ev ən azı iki və ya üç şahidin, Ağ Evin keçmiş müşaviri, Milli Arxivlər və Qeydlər Administrasiyasının nümayəndəsinin danışmasına mane olur. Ağ Evdə minlərlə səhifə dəlil var”, - deyə Conson jurnalistlərə bildirib.
Spikerin sözlərinə görə, istintaqın irəliləməsi üçün Baydenin impiçmenti üzrə məhkəmə prosesi ilə bağlı rəsmi səsverməyə başlamaq lazımdır.
Rəylər