Avropa İttifaqı (Aİ) ABŞ-ın ərazisinə Avropa ölkələrindən olan səyahətlərin 1 aylıq məhdudlaşdırılması ilə bağlı qərarına münasibət bildirib.
“Anadolu” xəbər agentliyinin məlumatına görə, Aİ Şurasının sədri Çarlz Mişel və Komissiya başcısı Ursula fon der Leyen bununla bağlı yazılı açıqlama veriblər.
Açıqlamada ABŞ-ın səyahət qadağası qərarını təkbaşına verməkdənsə, problemin öhdəsindən birlikdə gəlməyin lazım olduğu bildirilb.
Avropa Komissiyasının mətbuat katibi Erik Mamer koronavirusa qarşı görülən tədbirlərin yalnız qarşılıqlı şəkildə həyata keçiriləcəyi zaman effektli olacağını deyib.