Avropa İttifaqı (Aİ) Ermənistandakı missiyasının say tərkibini artıraraq 209 nəfərə çatdıracaq.
Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel məlumat verib.
Onun sözlərinə görə, qərar ittifaqa üzv ölkələrin xarici işlər nazirləri tərəfindən qəbul edib.
Bildirilib ki, nazirlər missiyanın heyətini 50% genişləndirmək qərarına gəliblər.
Qeyd edək ki, hazırda Ermənistandakı Aİ missiyası 138 nəfərlik heyətdən ibarətdir.
Mənbə: TASS
Rəylər