Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Aİ Komissiyası “TikTok”u işçilərinə qadağan edib
Avropa İttifaqı (Aİ) Komissiyası işçilərinə təhlükəsizlik səbəbilə şəxsi və korporativ telefonlarında “TikTok” tətbiqindən istifadəni qadağan edib.
Bu kontekstdə Komissiyanın bütün əməkdaşlarına səhər saatlarında tətbiqi şəxsi və ya korporativ cihazlarından silmək tapşırılıb.
Aİ-nin digər qurumları olan Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.
Çin texnologiya firmasına məxsus “TikTok” bəzi ölkələrdə milli təhlükəsizlik narahatlığına səbəb olur.
ABŞ-də rəsmi xidmət üçün istifadə olunan cihazlarda “TikTok”dan istifadə qadağan edilib.
Mənbə: Politico
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Avropada ən çox dövlət borcu olan ölkələr hansılardır?
- Rusiya Ermənistanın Avropa İttifaqına can atmasından narahatdır
- Kriptovalyuta bazarı "qiyamət günü"nə hazırlaşır?
- Macarıstan ərazisindən Qərb qoşunlarının Ukraynaya keçidinə icazə verməyəcək
- Orta Asiya ölkələri Avropa İttifaqına yox desələr belə, heç nə itirməyəcəkdilər