Aİ diplomatiyasının rəhbəri Josep Borrel İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı keçirərək Tehran və Moskva arasında hərbi əməkdaşlıqdan narahatlığını bildirib.
O, İranı insan haqlarına riayət etməyə və ölkə həbsxanalarında olan Avropa vətəndaşlarını azad etməyə çağırıb.
Borrel bu barədə çərşənbə axşamı “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb.
“Mən nazir Abdullahian ilə digər məsələlərlə yanaşı, avropalı məhbusların azad edilməsinin və fundamental insan hüquqlarına hörmətin təmin edilməsinin vacibliyi haqqında danışdım. Biz İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə dialoqu müzakirə etdik”, - Borrel yazıb.
Spoke with @Amirabdolahian, including on the importance of releasing EU detainees and ensuring respect for fundamental rights.Dialogue on #JCPOA,de-escalation on nuclear program & cooperation with @iaeaorg remain crucial. Voiced deep concern over military cooperation with Russia.
— Josep Borrell Fontelles (@JosepBorrellF) August 15, 2023
Rəylər