Ukraynada tammiqyaslı münaqişənin başlanmasından bəri Avropa İttifaqının Rusiyadan məhsul idxalı Kiyevə yardımını 124 milyard avro üstələyib.
Oxu.Az "European Pravda"ya istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Maria Malmör Stenerqard bunu noyabrın 20-də keçirilən Aİ Xarici İşlər Şurasının iclasında bildirib.
İsveçli nazir qeyd edib ki, Aİ Ukraynaya dəstəkdən daha çox Rusiyadan idxala pul xərcləyir.
"Həqiqət budur ki, Aİ-nin Ukraynaya dəstəyi kifayət qədər böyük deyil, Rusiyaya dəstəyi isə çox böyükdür. Tammiqyaslı işğaldan bəri Avropa ölkələri Ukraynaya 187 milyard avro məbləğində dəstək veriblər. Eyni dövrdə 201 milyard avro dəyərində Rusiya nefti və qazı idxal etmişik. Digər idxal mallarını da əlavə etsək, ümumi məbləğ 311 milyard avroya bərabər olur. Bu o deməkdir ki, Ukraynaya 124 milyard avro daha az dəstək göstərmişik. Bu, sadəcə rüsvayçılıqdır", - deyə o vurğulayıb.
