Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Aİ ölkələri ukraynalı qaçqınlara dəstək üçün 17 milyard avro ayıracaq
Aİ ölkələri ukraynalı qaçqınlara dəstək üçün 17 milyard avro ayıracaq.
Bu barədə Avropa Şurasının saytında məlumat verilib.
Bildirilir ki, Avropa Şurası Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən qaçan qaçqınlara kömək etmək üçün qanunvericiliyə dəyişiklikləri qəbul edib.
“Aİ-nin maliyyə qanunvericiliyində sürətli dəyişiklik Aİ-nin Ukraynadan olan qaçqınlar və onları qəbul edən üzv dövlətlərlə (xüsusən də Ukrayna ilə həmsərhəd olanlarla) davamlı həmrəyliyinin aydın ifadəsidir”, - deyə bəyanatda bildirilir.
Avropa Şurası bu addımı qaçqınların mənzil, təhsil və səhiyyə sahəsində artan ehtiyaclarını ödəmək üçün üzv dövlətlərin kifayət qədər resurslara malik olmasının təmin edilməsində vacib addım adlandırıb.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Ermənistanda Avropa-Rusiya atışması və Aİ üçün "saman çöpü"
- Xronika: "Azərbaycan indiyə qədər Ermənistandan istədiyini alıb və bundan sonra da alacaq"
- Avropa İttifaqının Ermənistana üzvlük vədinin arxasında nə dayanır?
- Tramp Avropa İttifaqını və Kanadanı daha sərt rüsumlarla hədələdi
- Avropa "müşahidəçiləri"nin Zəngilan və Laçın istiqamətlərində casusluq fəaliyyətinin görüntüləri