Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaları uzatmaq qərarına gəliblər.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Aİ-nin sədri Donald Tusk bəyan edib.
“Razılığa gəldik. Aİ Minsk sazişini kifayət qədər yerinə yetirilməməsi səbəbindən Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadacaq”, - Tusk Twitter hesabında yazıb.
Rəsmi qərar iyunun 23-də keçiriləcək sammitdən sonra qəbul olunacaq.
S.B.
www.oxu.az