Avropa İttifaqının (Aİ) səfirləri Avropa Birliyindən Kiyevə 4,2 milyard avro məbləğində büdcə yardımı ayrılması barədə razılığa gəliblər.
Bu barədə Oxu.Az TASS-a istinadən bildirir.
Bununla bağlı Macarıstanın Avropa İttifaqı Şurasında sədrliyindən bəyanat verilib.
"Aİ səfirləri Ukraynaya dəstək fondundan təqribən 4,2 milyard avro məbləğində tranşın ödənilməsini təsdiqləyiblər. Növbəti addım bu qərarın Aİ Şurası tərəfindən yazılı prosedur vasitəsilə təsdiqlənməsi olacaq", - deyə bəyanatda qeyd edilib.
Yazılı prosedura əsasən, Aİ Şurası müzakirəyə cəlb olunmayan qərarları təsdiq edir.