Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Aİ səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketini razılaşdırdılar: 200-ə yaxın şəxs daxil olacaq
Avropa İttifaqı (Aİ) səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketini razılaşdırıblar.
Bu barədə Belçikanın Aİ Şurasına sədrliyinin “X” hesabında məlumat verilib.
Məlumata görə, sanksiyalar paketi fevralın 24-dək qüvvəyə minəcək.
“Aİ səfirləri indicə 13-cü sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəldilər. İndi paket Aİ Şurası tərəfindən yazılı təsdiq prosedurundan keçəcək və fevralın 24-dək rəsmi şəkildə təsdiqlənəcək”, - deyə məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, məhdudiyyətlər Rusiyanın Ukraynadakı müharibəsi ilə əlaqədar tətbiq edilir.
Aİ-nin 13-cü sanksiyalar paketinə 200-ə yaxın fiziki və hüquqi şəxsin daxil olacaq.
Bu barədə məlumatı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen təsdiqləyib və özünün “X” hesabında bununla bağlı paylaşım edib.
“Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin təsdiqini alqışlayıram. Ümumilikdə 200 nəfəri qara siyahıya salmaqla biz Kremlə güclü təzyiq göstəririk”, - deyə o qeyd edib.
Mənbə: TASS
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov polşalı həmkarı ilə Azərbaycan-Aİ münasibətlərini müzakirə etdi
- Mavi yanacağa qırmızı tələb: Azərbaycanın qapısını döyənlərin sayı artacaq?
- 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında necə yadda qaldı?
- Belçika birdəfəlik veyplərin satışını qadağan etmək qərarına gəlib
- Azərbaycan-Ermənistan münasibətləri 2024-cü ildə: İkitərəfli uğurlar, Qərbin müdaxilə cəhdləri
Rəylər