"Avropa İttifaqı (Aİ) və Kanada hakimiyyəti 2025-ci ildə Ukraynaya ümumilikdə 35 milyard avro dəyərində silah tədarük edəcək".
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte mətbuat konfransında bildirib.
"İndi deyə bilərik ki, avropalı və kanadalı müttəfiqlər ilin sonuna qədər Ukraynaya 35 milyard avro yardım ayırmağı öhdələrinə götürüblər", - deyə o vurğulayıb.
O qeyd edib ki, söhbət əvvəlcə 20 milyard avrodan gedib, lakin sonradan ölkələr başqa konsensusa gəliblər.