Türkiyənin Aydın vilayətində bir kişi ailəsini və qonşularını silahla əsir götürüb.
“İhlas Haber Ajansı”nın (İHA) məlumatına görə, bankda mühafizəçi işləyən H.T. gecə silahla gələrək evdəkiləri hədələyib.
Həmin vaxt evdə onun iki uşağı, arvadı və qonşuları olub. O, həmin şəxsləri girov götürərək, qorxudub. Hadisə yerinə gələn polislər H.T. ilə danışıqlar aparıb və silahı ondan ala biliblər.
H.T.-nin ailədaxili problemlərlə bağlı gərginlik yaşadığı bildirilir.