İri Avropa təyyarə istehsalçısı Airbus yeni təyyarənin işlənməsinə başlayır, bu təyyarədə alışdığımız oturacaqlı yerlər əvəzinə ayaqüstü yerlər olacaq, onlar velosiped oturacaqlarına bənzər oturacaqlarla təmin ediləcək.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, arxalıqsız və qoltuqaltısız kreslolarda uçuş zamanı sərnişinlər oturaq yox, yarım oturaq vəziyyətdə olacaqlar.
Bundan başqa, bu yenilik salonda yerlərin sayını ən azı üç dəfə artıracaq. Məsələn, standart A-320-də indi 700 nəfərdən artıq adam yerləşə bilər. Bu isə uçuşun qiymətini on dəfə ucuzlaşdırır.
Avropalılar ən narahat avialaynerin yeni avialaynerdən fərqli və üstün cəhətlərini görə biləcəklər. Bu, artıq tezliklə məlum olacaq. İlk belə avialayneri isə aviadaşıyıcılar Almaniyadan sifarişlə alıblar.