MAVEN orbital aparatı Marsda eyni vaxtda iki növ qütb parıltısı qeydə alıb.
Təbiət hadisəsi günəş küləyinin yüklü hissəciklərinin təsiri altında atmosferin yuxarı təbəqələrinin işıqlandırılması nəticəsində baş verib. O, Yerdə olduğu kimi, digər planetlərdə də qeydə alınır.
NASA-nın MAVEN-1 aparatının qeydə aldığı son qütb parıltısı cihazın bütün 8 illik fəaliyyəti ərzində ən parlaq parıltı olub. O, avqustun 27-də Günəşdə müşahidə olunan partlayış nəticəsində yaranıb.
Məhz bu partlayış nəticəsində eyni vaxtda iki növ parıltı meydana çıxıb. Birinci növ Marsın gündüz tərəfində müşahidə edilən proton axını olub. Eyni zamanda, planetin gecə tərəfində diffuz qütb parıltısı əmələ gəlib.
Mənbə: gazeta.ru
Rəylər