Yaponiyada səfərdə olan Türkiyənin baş naziri Receb Tayyip Erdoğanla tərcüməçisi arasında maraqlı dialoq yaşanıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə KİV-in verdiyi məlumata görə, Erdoğanın “Allah rəhmət eləsin” sözlərini yapon dilinə tərcümə etməkdə çətinlik çəkən xanım tərcüməçiyə müraciət edən baş nazir zarafatla “Pınar, çətinlik çəkirsən, elə deyil?” ifadəsini işlədib.