AFR Daxili işlər naziri Tomas de Mezyer bəyan edib ki, şengen zonasında azad hərəkət etmə təhlükə altında ola bilər, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Biz ümid edirik ki, bu baş verməyəcək, Biz Şengeni dəstəkləyirik, xüsusilə də Almaniya, amma əgər qanuna tiayət edən yoxdursa, Şengen təhlükədədir”, - BBC ilə müsahibəsində, jurnalistlərin şengen razılaşmasının ləğvi barədə suala cavab verərkən alman DİN-nin rəhbəri bildirib.
Aİ ölkələrinin daxili və xarici işlər Nazirləri oktyabrın ortasında Parisdə görüşmək niyyətindədirlər. onlar Avropaya qanunsuz mühacir axını ilə bağlı böhranı müzakirə edəcəklər. bu barədə Fransa DİN rəhbəri Bernar Kaznov Berlində alman həmkarı Tomas Mezter ilə görüşün yekunda bildirib.
Şengen zonasına 26 Avropa ölkəsi daxildir, onalar daxili sərhədlərdə sərhəd yoxlamasını aradan qaldırılması barədə razılığa gəliblər.