Almaniyanın Frayburq-im-Braysqau şəhərində naməlum şəxslər yerli sənaye parkından içində 44 ton şokolad olan iki yük maşınını qaçırıb.
Oxu.Az “Associated Press”ə istinadən xəbər verir ki, oğurlanmış məhsullar 496,1 min dollar dəyərində olub.
Hüquq-mühafizə orqanları istintaq-axtarış tədbirlərindən sonra qaçırılmış maşınları tapıb. Onlardan biri Almaniya-Fransa sərhədində aşkarlanıb. Oğruların maşının yükünə toxunmadığı bildirilir. İkinci yük maşını isə Lar şəhəri yaxınlığında tapılıb. Ancaq bu maşından şokolad məhsullarının üçdə bir hissəsi yoxa çıxıb. Hal-hazırda hüquq-mühafizə orqanları şübhəliləri axtarır.