Almaniyanın Kuksxafen şəhərində avtomobil piyadaların üzərinə sürülüb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Polisin ilkin rəyinə əsasən hadisə qəsdən törədilib. Polisin məlumatında qeyd edilib ki, sərxoş vəziyyətdə olan 29 yaşlı kişi naməlum səbəbdən avtomobili piyadaların üzərinə sürüb. Xəsarət alan 6 nəfərdən 2-nin durumu ağırdır.

A.M.