Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Almaniyada dəmiryolçuların son dörd ayda altıncı tətili: Əməkhaqqı mübahisəsi
Almaniyanın Maşinistlər Birliyi (GDL) yeni 24 saatlıq tətil elan ediblər.
Bu barədə GDL məlumat yayıb.
Bildirilib ki, aksiya yükdaşımaları üçün martın 11-də yerli vaxtla saat 18:00-da, sərnişindaşımalarında isə martın 12-də saat 02:00-da başlayacaq.
Belə ki, “Deutsche Bahn” (DB) dəmiryolu şirkəti ilə əməkhaqqı mübahisəsi çıxılmaz vəziyyətdə qaldığından belə bir addım atılıb. DB rəhbərliyi yanvarın 19-dan bəri münaqişənin həlli üçün yeni təklif təqdim etməyib.
Qeyd edək ki, həmkarlar ittifaqının əsas tələbi eyni maaşı saxlamaqla növbəli işləyən sürücülər üçün iş həftəsinin tədricən 38 saatdan 35 saata endirilməsidir. Bundan əlavə, DB-dən 3 000 avroluq birdəfəlik inflyasiya kompensasiyası və 555 avroluq əməkhaqqı artımı istənilir. Bu, alman sürücünün orta əməkhaqqının təxminən 15 faizini təşkil edir.
Hələlik 35 saatlıq iş həftəsi məsələsində tərəflərin mövqeləri barışmaz görünür. DB menecerləri qeyd edirlər ki, artıq təcrübəli maşinist çatışmazlığı var ki, onların iş saatları azaldılsa, bu daha da kəskinləşəcək.
Onu da vurğulayaq ki, bu, GDL-in son dörd ayda altıncı tətilidir. Sonuncu aksiya üç gün əvvəl baş verib.
Mənbə: dw.com
Rəylər