Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Almaniyada hökumətdən narazılıq rekord həddə çatıb
Almanların 24%-i ölkə hökumətinin onları aldatdığına inanır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ştutqartdakı Hohenheym Universitetinin dərc etdiyi sorğunun nəticələri sübut edir.
Sorğu iştirakçılarının 17%-nin bu fikri qismən bölüşdüyü, respondentlərin 59%-nin isə əks mövqedə olduğu qeyd edilir.
Almaniya sakinləri daha çox siyasi partiyalara (50%), ölkə hökumətinə (44%) və parlamentə (37%) etibar etmirlər.
Sorğu "Forsa" sosioloji xidməti tərəfindən may və iyun aylarında keçirilib. Burada 16 yaşdan yuxarı 5 min insan iştirak edib.
Sorğu göstərib ki, hazırkı hökumətin işindən narazılıq rekord həddə - 71%-ə çatıb, halbuki may ayında bu rəqəm 63% təşkil edib.
Rəylər