Almaniyada martın 20-dək koronavirus məhdudiyyətlərinin ləğv edilməsi planlaşdırılır.
Bununla bağlı kansler Olaf Şolz regional nümayəndələrlə birlikdə nəzərdən keçirəcəyi sənəd layihəsində qeyd edilir.
“2022-ci il martın 20-də yazın təqvim başlanğıcına qədər sosial, mədəni və iqtisadi həyatda genişmiqyaslı məhdudiyyətlər tədricən aradan qaldırılmalıdır”, - deyə materialda bildirilir.
Mənbə: BILD