Almaniya polisi ölkənin cənubunda Bavariyanın federal torpaqlarında yeddi uşağın cəsədini tapıb, cümə günü Focus nəşri məlumat yayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, cəsədlər Vallenfels şəhərində yaxın vaxtlara qədər 45 yaşlı qadının yaşadığı mənzildə tapılıb.
Polis nümayəndəsi bildirib ki, cəsədlər pis vəziyyətdədir, amma qadının uşaqların ölümündə şübhəli olub-olmamasını dəqiqləşdirməyib.
“Hal-hazırda onun uşaqların anası olub-olmaması faktı yoxlanılır”, - polis nümayəndəsi Focus-a bildirib.
Hadisə ilə bağlı araşdırma başlayıb. Nəşr nə mənzilin keçmiş sahibəsinin şərhini, nə də adını öyrənməyə müvəffəq olub.