Bavariya polisi 49 yaşı yanğın söndürənin öldürülməsində şübhəli bilinən 2 nəfəri saxlayıb. Auqsburqda baş verən qətldə iki 17 yaşlı miqrant şübhəli bilinir. Onlar Almaniyada doğulduqları üçün Avropa vətəndaşıdırlar. Daha sonra əlavə 4 nəfərin də tutulduğu bildirilib. Ötən cümə günü həyat yoldaşı və daha bir dost ailə ilə evə qayıdan yanğın söndürən cavan oğlanlarla mübahisə edib və nəticədə dostu ilə birlikdə döyülüb. O təcili tibbi yardım maşınında dünyasını dəyişib.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin