Federal Gessenin paytaxtı Visbaden şəhərində atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli polisə istinadən RİA Novosti məlumat yayıb.
Hadisə Almaniyanın Bibrix dairəsində baş verib. Atəş açan hadisə yerindən qaçıb, onun axtarışı üçün polis əlavə qüvvə və helikopter cəlb edib.
Cinayətin motivləri məlum deyil.

N.O.
www.oxu.az