Almaniyada “Şimal axını-2” qaz kəmərinin tikintisinə başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Deutsche Welle məlumat yayıb.
Məlumata görə, Meklenburq-Vorpommern federal torpağında gələcək magistralın qəbuledici stansiyanın və texniki xidmət idarəsinin təməl qoyma işləri start götürüb.
Rusiyadan Baltik dənizi ilə Almaniyaya qaz daşıyacaq “Şimal axını-2” kəmərinin 2019-cu ilin sonunda istismara veriləcəyi gözlənilir. Qaz kəməri ilə hər il 55 milyard kubmetrə yaxın qaz nəql olunacaq.
F.M.
www.oxu.az