Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Almaniyanın keçmiş prezidenti vəfat edib
Almaniyanın keçmiş prezidenti Horst Köhler 81 yaşında vəfat edib.
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Almaniya Prezident Aparatından məlumat verilib.
Məlumata görə, Köhler qısamüddətli ağır xəstəlikdən sonra paytaxt Berlində dünyasını dəyişib.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Köhlerin həyat yoldaşı Eva Luiz Köhlerə başsağlığı mesajı göndərib.
"Ölkəmiz üçün və dünyada böyük işlər görmüş, çox hörmətli və olduqca sevilən bir insanı itirdik", - deyə o, mesajda bildirib.
Qeyd edək ki, 22 fevral 1943-cü ildə Polşada anadan olan Köhler 2004-cü ilin mayında Xristian Birlik Partiyaları və Azad Demokrat Partiyasının namizədi olaraq Almaniyanın 9-cu prezidenti seçilmiş, 2009-cu ilin may ayında keçirilən seçkidə ikinci dəfə prezident seçilmişdi.
Köhler 2010-cu ilin mayında Almaniya əsgərlərinin Əfqanıstandakı missiyası ilə bağlı şərhlərinə görə tənqidlərdən sonra tutduğu vəzifədən istefa vermişdi.
Horst Köhler həmçinin 2000-2004-cü illərdə Beynəlxalq Valyuta Fondunun prezidenti, 2017-2019-cu illərdə isə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qərbi Sahara üzrə xüsusi nümayəndəsi vəzifələrində çalışıb.
"Almaniya" teqi üzrə xəbərlər
- Dünya nəhəngləri "Dayan" dedi! Trampın kefi pozuldu...
- Edamı Tehranla Berlin arasında siyasi qalmaqala səbəb olmuş şəxsin meyiti Almaniyaya təhvil verilib
- Keçmiş kansler xəstəxanaya yerləşdirildi: Emosional tükənmə diaqnozu ilə
- Almaniyadan Türkiyə üçün mühüm viza qərarı
- Azərbaycanlı professor: "20 il ərzində 100 həmyerlim Almaniyada işləmək üçün müraciət edib"
Rəylər