Qazaxıstanın Almatı şəhərində bir dəstənin üzvü olan 20-dən çox silahlı şəxs saxlanılıb.
Bu barədə yerli polis idarəsi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslərdən 40-a yaxın silah-sursat götürülüb.
Müsadirə edilən silahlar sırasında 25 Makarov tapançası, 5 Kalaşnikov avtomatı, tüfəng və ov tüfənginin olduğu qeyd edilir.
Həmçinin, onlardan müxtəlif çaplı 500 patron götürülüb.