Alp dağlarında qar uçqunu nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Bu barədə bazar günü Fransanın daxili işlər və xarici ərazilər naziri Cerald Darmanin bildirib.
“Uçqun günün ortalarında Alp dağlarında Armansette buzlaqında baş verib. İlkin məlumatlara görə, 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Xilasedicilər işlərini davam etdirirlər”, - o, “Twitter”də yazıb.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatına iki helikopter, həmçinin çoxlu sayda xilasedici və texnika cəlb olunub.
Une avalanche s’est produite en milieu de journée au glacier d’Armancette, dans les Alpes. Le bilan provisoire fait état de 4 personnes décédées et plusieurs blessés. Les secours sont toujours à l’œuvre. Merci pour leur action. Pensées pour les victimes et leurs proches.
— Gérald DARMANIN (@GDarmanin) April 9, 2023
Mənbə: TASS