ABŞ poladəritmə istehsalatının (United Steelworkers union) işçilərinin həmkarlar ittifaqı doqquz Amerika neft emalı zavodunun təxminən 4 min işçisi 1980-ci il nümayişindən də irimiqyaslı olacağı nəzərdə tutulan nümayişdə iştirak edəcəklərini bəyan edib. Bu barədə “The Los Angeles Times” yazıb.
Oxu.Az xəbər verir ki, aksiyanın keçirilməsinin səbəbi fəhlələrin sığorta ödəmələrinin həcminin artırılması tələbinə Shell-in imtina etməsi olub.
“Shell güzəştə getməkdən imtina etdi”, - həmkarlar ittifaqının nümayəndəsi bildirib.
Shell neft-qaz şirkətindən qarşılıqlı anlayışa nail olmaq üçün danışıqlar masasına oturmağa hazır olduqlarını bildiriblər.