ABŞ Hərb Nazirliyinin əməkdaşları İrandakı "Epik qəzəb" əməliyyatı zamanı 3.5 milyon litrdən çox qəhvə içiblər.
Oxu.Az "Kommersant"a istinadən xəbər verir, bu barədə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn məlumat verib.
"Biz 6 milyondan çox porsiya yemək yedik, təxminən 950 000 qallon qəhvə (3.5 milyon litrdən çox - red.), iki milyon enerji içkisi içdik və böyük miqdarda nikotin sərf etdik", - deyə o, mətbuat konfransında bildirib.