"Open Society Foundations"in təsisçisi və rəhbəri Corc Soros “Standard” nəşrinə müsahibəsində deyib ki, Ukrayna iqtisadiyyatına milyard dollar investisiya yatıra bilər.
Oxu.Az xəbər verir ki, nəşr Soros və Afrikanın inkişafına milyard dollar yatırmış Microsoft şirkətinin rəhbəri Bill Geytslə müqayisə edib.
“Standard” nəşrinin Sorosun Ukraynaya bu cür yardım etməyə hazır olub-olmaması ilə bağlı sualına o cavab verib: “Mən hazıram”.
“Konkret investisiya ideyaları var. Məsələn kənd təsərrüfatı və ya infrastruktur layihələr. Mən milyard dollar investisiya yatırardım”, - Soros əlavə edib.
Qeyd edək ki, hazırda Ukrayna ağır siyasi böhran vəziyyətindədir və bu da öz növbəsində ölkənin iqtisadiyyatına mənfi təsir göstərir.
Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası Ukraynaya 17.5 milyard dollar həcmində dörd illik maliyyə proqramını təsdiq edib.