“Tesla” və “SpaceX”in sahibi, milyarder İlon Mask Ukraynaya dəstəyini ifadə edib.
Amerikalı iş adamı özünün “Twitter” səhifəsində ardıcıl olaraq iki status paylaşaraq “Ukraynanı güclü tutun” və “Müharibənin əleyhinə olan böyük Rusiya xalqına rəğbətimi bildirirəm” cümlələrini yazıb.
Qeyd edək ki, Rusiya silahlı qüvvələri fevralın 24-dən etibarən Ukraynada hərbi əməliyyatlar keçirir.
🇺🇦🇺🇦🇺🇦 Hold Strong Ukraine 🇺🇦🇺🇦🇺🇦
— Elon Musk (@elonmusk) March 5, 2022
And also my sympathies to the great people of Russia, who do not want this
— Elon Musk (@elonmusk) March 5, 2022