Amerikalı Devid Karnauç Nyu-Yorkda Burklin körpüsündə etdiyi selfiyə görə həbs edilib.
Bu barədə WRCB-TV xəbər verir.
Oxu.Az xəbər verir ki, Karnauç şəkil çəkmək üçün körpünün bəndinin üzərinə çıxıb.
Şəkili bu ilin iyun ayında paylaşıb, keçən həftə isə həbs edilib.
Hal-hazırda o, yaşadığı Tennesidən, Nyu-York ştatına ekstradisiya edilib.
Karnauçun İnstagram profilində artıq sildiyi şəklindən başqa, digər təhlükəli yerlərdə çəkilmiş şəkilləri olub. Onların arasında Teleqüllədə və Tsintsinnat körpüsündə olan şəkilləri də var.