Vaşinqtonda iyun ayının 12-də KİV yayılmış rus tanklarının Ukrayna sərhədlərini keçəcəyi barədə informasiyanı yoxlayırlar.
Oxu.Az Ukrinform-a istinadən xəbər verir ki, əgər məlumat təsdiqlənərsə, bu böhranın ciddi eskalasiyası hesab ediləcək. Bu barədə ABŞ-ın Dövlət Departamentinin gündəlik brifinqində Cen Psaki bildirib.
“Biz Ukraynanın şərqində Rusiya tanklarının və digər texnikanın sərhədləri keçəcəyi barəsində KİV-in məlumatlarını görmüşük. Hələ ki, mən rəsmi təsdiqlənməyə sahib deyiləm, amma əgər bu məlumatlar təsdiqlənərsə, nəticələr olacaq. Bu Şərqi Ukraynada böhranın ciddi eskalasiyası deməkdir” - Psaki deyib.
O, xatırladıb ki, Birləşmiş Ştatlar əvvəllər regionda vəziyyətin sabitliyini pozan və Cenevrə sazişini pozan, muzdluların və silahın Ukraynaya RF-dən axınını irad tutub.