Ermənistanda ABŞ səfirliyi erməni-Azərbaycan sərhəddində gərginliyin artması ilə əlaqədar ABŞ vətəndaşlarını sərhəd rayonlara səfərlərdən imtina etməyə çağırıb, Birinci İnformasiya kanalı xəbər verir.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyinin rəsmi səhifəsində yazılana görə, ABŞ hökumətinin nümayəndələri üçün bu sərhəd rayonlarına giriş məhduddur.
“Eləcə də Dağlıq Qarabağda qoşunların təmas xəttində gərginlik artıb. ABŞ vətəndaşları üçün Dağlıq Qarabağda və ona yaxın rayonlarda konsul xidməti əlçatmaz olaraq qalıb”, - səfirlik Ermənistanda yaşayan və ya səfərdə olan vətəndaşlarını xüsusi diplomatik şöbədə qeydiyyatdan keçməyə çağırır, belə ki, bu şəxsi təhlükəsizlik və fövqəladə vəziyyət üçün lazımdır.