Amnesty International beynəlxalq hüquq müdafiəsi təşkilatı İran rəhbərliyinin ölkədə doğum hallarının artmasına yönəlmiş səylərini tənqid edir, Oxu.Az BBC-yə istinadən xəbər verir.
İran rəhbərliyi bundan əvvəl qadınları daha çox uşaq dünyaya gətirməyə həvəsləndirəcək bir neçə qanun layihəsi təqdim etmişdi.
Bu qanun layihələrindən biri kontraseptivlərin reklamını, həmçinin qadınlara könüllü sterilizasiyadan keçməyi qadağan edir.
Daha bir qanun layihəsi uşağı olmayan qadınların işə düzəlməsi zamanı bir sıra məhdudiyyətlər nəzərdə tutur. Hüquq müdafiəçilərinin fikrincə, belə qanunverici təşəbbüslər qadın hüquqlarının tapdanmasıdır.
Tehran bunadək ölkədə doğuş məsələsinə nəzarət etməyə çalışmayıb, lakin hazırda ölkə rəhbərliyi əhalinin sürətlə qocalması problemindən narahatdır.