Polşada bazar günü keçirilən prezident seçkilərinin ikinci turunun rəsmi nəticələri elan edilib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Polşa Dövlət Seçki Komissiyasının rəsmi nəticələrinə əsasən “Qanun və ədalət” partiyasının namizədi, Avropa parlamentinin deputatı 43 yaşlı vəkil Ancey Duda qalib gəlib. O seçicilərin 52% səsini toplayıb.
Hakim “Vətəndaş platforması”nın təmsilçisi, hazırkı prezident Bronislav Komorovski isə 48% səs yığıb. O artıq məğlubiyyətini etiraf edib.