Türkiyənin paytaxtı Ankarada ən böyük bələdiyyələrdən olan Çankayada rüşvətxorluq işi ilə bağlı istintaq başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "TRT Haber" telekanalı məlumat verib.
Məlumata görə, şəhər bələdiyyə sədri Hüseyn Can Güner də daxil olmaqla, 36 şübhəlinin həbsinə order verilib.
Telekanalın məlumatına görə, Ankara Baş Prokurorluğu tərəfindən koordinasiya edilən istintaq çərçivəsində artıq 27 nəfər saxlanılıb. Onlar cinayətkar təşkilat yaratmaqda və iştirak etməkdə, rüşvət verməkdə və almaqda, eləcə də tender saxtakarlığında ittiham olunurlar.
İyulun 11-də səhər polis Çankaya bələdiyyəsində və şübhəlilərin ünvanlarında axtarış aparıb.
Əməliyyat çərçivəsində işlə bağlı dəlillər müsadirə edilib. Barələrində order verilən qalan şübhəlilərin axtarışı davam edir.