Ankarada leysan həyatı iflic edib.
Bəzi küçələr dolu səbəbi ilə ağ örpəyə bürünüb, bəzi ərazilərdə isə isə çay yolu yuyub. Yollarda olan bir çox avtomobilə ziyan dəyib.
Türkiyə paytaxtının müəyyən məhəllələrində avtomobillərin hərəkəti dayanıb.
Qısa müddətdə yollar su altında qalarkən, nəqliyyat vasitələri irəliləməkdə çətinlik çəkib. Bələdiyyə qrupları yolların nəqliyyat üçün açılması məqsədilə səy göstərərkən, polis su basan kəsişmələrə gedən yolları bağlayıb.
Mənbə: TRT