Rusiya mətbuatının bəzi saytları “Anonymous” haker qrupunun hədəfinə çevrilib.
Haker hücumları nəticəsində “Kommersant”, “İzvestiya”, TASS, RBK və “Fontanka” kimi Rusiya saytlarına daxil olmaq mümkün deyil.
“Anonymous”un rəsmi “Twitter” hesabında bildirilib ki, son 48 saatda Rusiya dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin və bankların 300-dən çox saytına hücum olub.
JUST IN: #Anonymous takes down more than 300+ #Russian government, state media & banks websites in the last 48 hrs, with most of them currently offline. #OpRussia #FckPutin #FreeUkraine pic.twitter.com/wfWB1M0jYI
— Anonymous TV 🇺🇦 (@YourAnonTV) February 27, 2022
