Türkiyədə Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı başladılmış istintaq çərçivəsində əməliyyat keçirilib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, əməliyyat zamanı 6 şübhəli saxlanılıb.
İstintaqın detalları hələlik ictimaiyyətə açıqlanmasa da, əməliyyatın bələdiyyə daxilində korrupsiya iddiaları ilə bağlı olduğu qeyd olunur.