Türkiyənin Antalya vilayətində əslən erməni olan rusiyalı alim Sarkis Karamyan dənizdə boğulub.
Oxu.Az “Sabah” qəzetinə istinadən xəbər verir ki, oktyabrın 11-də axşam saatlarında Kəmər bölgəsində 2 nəfər dənizdə batıb.
Onlardan birinin əslən erməni olan rusiyalı alim Sarkis Karamyanın olduğu məlum olub. O Atom Tədqiqatları İnstitutunda işləyirdi.