Slavyanskda həyata keçirilən antiterror əməliyyatı zonasında 8 yaşlı uşaq ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Donetsk vilayətinin dövlət administrasiyası bu məlumatı təsdiqləyib.
Uşaq qəlpə yarasından dünyasını dəyişib. Qeyd olunur ki, bu, Ukraynanın şərqində antiterror əməliyyatı başlayandan ilk yetkinlik yaşına çatmamış şəxsin ölümüdür.