Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Antoni Blinken Türkiyəyə səfər edib
ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin paytaxtı Ankaraya səfər edib.
Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat verib.
Qeyd olunur ki, Blinkenin Türkiyə ilə təmasları çərçivəsində xarici işlər naziri Hakan Fidan ilə görüşü gözlənilir.
ABŞ Dövlət Departamentinin səfərdən əvvəl verdiyi açıqlamada, görüşlərdə Suriyada mümkün keçid prosesinin və Qəzzada atəşkəsin müzakirə ediləcəyi bildirilib. Blinkenin Türkiyəyə getməmişdən əvvəl İordaniyaya səfər etdiyi və regional məsələlərdə sıx diplomatiya apardığı məlumdur.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət katibi Antoni Blinkeni qəbul edib.
Prezidentlə Dövlət katibinin görüşü Ankarada, Esenboğa hava limanında mətbuata qapalı şəkildə baş tutub.
İclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiya Şöbəsinin müdiri Fahrettin Altun, Prezident Administrasiyasının rəhbəri və səfir Hasan Doğan, həmçinin Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.
Xatırladaq ki, Fidan və Blinken dekabrın 7 və 10-da telefonla Suriyadakı son hadisələri müzakirə ediblər.

ABD Dışişleri Bakanı Blinken, Ankara'da#abd #AntonyBlinken #ankara #türkiye #Suriye #Syria pic.twitter.com/JsymRJ89Ym
— Türk Dünyası Haberleri (@oxuazturkce) December 12, 2024
"Antoni Blinken" teqi üzrə xəbərlər
- Tramp Bayden və Blinkenin məxfi məlumatlara çıxışını ləğv edib
- "Trampa bataqlığın qurudulmasında uğurlar" - ABŞ-də baş verənləri maraqla izləyirik
- İlham Əliyev: "Antoni Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi"
- Prezidentin Çin mediasına müsahibəsi - Dünyaya sülh, əməkdaşlıq çağırışları
- Səhnədən çıxmaq istəməyən üçlük - ördək, balıq, xərçəngin "tələs, tələsmə" təklifi