Malatya şəhərində, Küçüklü-Doğanşehir rayonunda 5,5 maqnitudalı zəlzələ olub.
Kandilli rəsədxanasının məlumatına görə, zəlzələ ocağı 5 km dərinlikdə yerləşib.
#DEPREM
— Kandilli Rasathanesi (@Kandilli_info) February 8, 2023
KUCUKLU-DOGANSEHIR (MALATYA) https://t.co/frsOFPn091
08.02.2023, 14:11:50 TSİ
Büyüklük: 5.5
Derinlik: 5.0 km#Kandilli
12:47
Türkiyənin mərkəzi hissəsində 4,6 bal gücündə yeni zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
“Zəlzələ Türkiyə vaxtı ilə 08:52-də, dağıdıcı zəlzələnin episentri olan Kahramanmaraş şəhərindən 58 kilometr şimal-qərbdə və Afşin qəsəbəsindən 26 km aralıda qeydə alınıb”, - Seysmoloji Mərkəzin məlumatında qeyd olunub.
Mənbə: Emsc-csem.org
11:18
Türkiyədə səhər saatlarında daha iki zəlzələ baş verib.
Bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.
Məlumata görə, zəlzələlərdən biri Kahramanmaraş şəhərinin Göksun rayonunda olub.
Gücü 4,2 bal olan zəlzələ saat 08:52-də 3,7 km dərinlikdə qeydə alınıb.
İkinci zəlzələ isə Malatyanın Gülümuşağı kəndində bir km dərinlikdə baş verib. Saat 09:08-də qeydə alınan zəlzələ 4,4 bal gücündə olub.