Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb.
Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan ərazi ABŞ-nin Nyu-York şəhərinin mədəniyyət və ticarət mərkəzi sayılan Manhetten ölçüsündədir.
Məlumata görə, bu qərar iqlim dəyişikliyi - arxipelaq ərazisində buzlaqların əriməsi ilə əlaqədar qəbul edilib.
Buranın Şpitsbergendə sonuncu şəxsi torpaq sahəsi olacağı bildirilir.
Mənbə: Bloomberg
Rəylər