Yeni il ərəfəsində Türkmənistanın paytaxtı Aşqabadda xarici estrada ulduzlarının konsertləri keçirilib.
Onların arasında məşhur rusiyalı müğənni Coni (əsl adı Cahid Əfrail oğlu Hüseynli) də olub. 10 min tamaşaçının qatıldığı konsert dekabrın 27-də baş tutub.
Müğənninin çıxışı zamanı qız pərəstişkarı səhnəyə qaçıb və onu qucaqlayıb. Bir dəqiqə sonra isə qara kostyumda üç kişi qızı səhnə arxasına aparıb. Hadisənin videogörüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Bununla bağlı Aşqabadda yayılan xəbərlərdə qızın Dövlət Maliyyə İnstitutunun (keçmiş Xalq Təsərrüfatı İnstitutu) 2-ci kurs tələbəsi olduğu, lakin həmin davranışına görə universitetdən xaric edildiyi bildirilir. Həmçinin hazırda 15 sutkalıq həbs cəzası çəkdiyi də qeyd edilir.
Mənbə: “Turkmenportal”