Dubayda qəribə hadisə baş verib.
Atası 20 yaşlı qızının boğulmasını kişi xilasedicilərin ona əlinin dəyməsindən üstün tutaraq onun boğulmasına razılaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Emirates 24 News bildirib.
Leytenant-polkovnik, Dubay polis axtarış və xilasetmə şöbəsinin rəis müavini Əhməd Baurkibah bu hadisənin baş verdiyini təsdiqləyib.
Atası qızını və arvadını çimərliyə gətirib.
“Gözlənilmədən 20 yaşlı qız batmağa başladı, o yardıma çağırırdı”, - Burkibah bəyan edib.
“İki xilasedici ona yardıma atılıb. Amma atası bu xilasedicilərin onun qızına toxunmalarını öz şərəfinə ləkə hesab edib. O, qızının boğulmasına üstünlük verib”.
Polis nümayəndəsi hadisənin vaxtını dəqiqləşdirməyib.
“Qızın atası hündür və güclü kişi idi. O, xilasedicilərə qarşı güc tətbiq edərək onları itələyib. O deyib ki, tanımadığı kişilərin onun qızına toxunmaqlarındansa qızının ölməyi daha yaxşıdı”.
Qız ölüb, atası isə xilasedicilərin işinə mane olduğu üçün həbs edilib.